Сайт создан при финансовой поддержке Бюро ЮНЕСКО в Москве
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Muzey Mərkəzi
İçindəki
Ümumi məlumat

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dram teatrının binası və s.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru – Liana Vəzirova.
Əlaqə:
(+99412) 4937287
(+99412) 4939719
Bu binada aşağıdakı muzeylər yerləşir:
Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi
Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi 1967-ci ildә yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.Muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olantar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun , milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeyin həmçinin asağıdakı filialları mövcuddur:
- Xalq calğı alәtlәri daimi sәrgisi
- Niyazinin mənzil-muzeyi
- Vaqif Mustafazadәnin mənzil-muzeyi
- Qara Qarayevin mənzil-muzeyi
Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn “Qәdim Musiqi Alәtlәri Ansamblı” fәaliyyәt gostәrir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir. 2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür. Hal-hazırda yeni ekspozisiyanın qurulması üzərində işlər aparılır.
Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin direktoru- Alla Hacı Ağa qızı Bayramovadır.
Əlaqə telefonları:
(+99412) 4986972
(+99412) 5984479
(+99412) 4988184
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.
1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür. Proqram və afişalar, əlyazmaları, məktublar, rejissor şərhləri və rol dəftərləri, foto və neqativlər, geyim və dekorasiya eskizləri, tamaşaların maketləri, şəxsi əşyalar və rekvizitlər, teatr kostyumları və kuklalar, obrazlar, səs yazıları və kinolentlər olduqca qiymətlidir. Muzey eksponatlarının əsas hissəsi orijinaldır.
Muzeyin ekspozisiyası üçüncü mərtəbədə, yeddi (7) zalda yerləşir. İnzibati otaqlar isə birinci mərtəbənin sol cinahında yerləşir.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru – Sevinc Sadəddin qızı Mikayılovadır.
Əlaqə telefonları:
(+99412)4934098
(+99412)4343120
(+99412)4931754
(+99412)4930229
Azərbaycan İstiqlal Muzeyi.
Azərbaycan İstiqlal Muzeyinin əsası 1991-ci il, yanvarın 9-da qoyulmuşdur. Hal-hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır.
Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyası üçüncü mərtəbədə altı (6) zalda, inzibati şöbə isə birinci mərtəbənin sol cinahındadır.
Azərbaycan Dövlət Din Tarixi Muzeyi 2018-ci ildən Azərbaycan İstiqlal Muzeyinə birləşdirilmişdir.
Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mirseyibli Sədi Aydın oğludur.
Əlaqə telefonları:
(+99412)4988382
(+99412)5984394
(+99412)4939293
(+99412)4988351
(+99412)4933017
Eləcə də dördüncü mərtəbədəki beş zalda yerləşir:
- Şəhərimizin ən böyük və gözəl qalereyalarından biri – Sərgi Qalereyası
- Təqdimat mərasimləri, konsertlər və başqa dövlət tədbirlərini keçirmək üçün şüşə tavanlı Dairəvi zal
- Muzey Mərkəzinin Akt zalı binanın ikinci və üçüncü mərtəbələri arasında yerləşir. Burada konfranslar, dəyirmi masalar, seminarlar, simpoziumlar, kino-axşamlar və başqa tədbirlər keçirilir
Binanın qısa təsviri:
Ölçüləri - 46.800 m³,
Ekspozisiya üçün zalların ümumi sahəsi – 3700 m².
Akt zalı – 150 nəfərlik- 240 m².
Dairəvi zal - 230 m².
Sərgi Qalereyası - 230 m² və ekspozisiya sahəsi - 700 m².